Sumqayıtdan qardaş Türkiyəyə dəstək – FOTOLAR

4500

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

Sumqayıt şəhəri də bu kampaniyada fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb.  Hadisə baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə edilir. Vətəndaşlar tərəfindən könüllü şəkildə gətirilən yataq dəstləri, isti geyimlər,  uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün 22 ədəd mobil konteyner evlərin zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur.
Bu gün həmin mobil konteyner evlərdən ilkin olaraq 4 ədədi, 230 min Azn dəyərində olan, 16 tona yaxın, humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınır. Sumqayıt şəhərində hazırda da humanitar yardım kompaniyası davam edir.
Qeyd edək ki, qarşıdakı günlərdə Sumqayıt şəhərindən 500 min manata yaxın, ümumi çəkisi 75 ton olan 11 TIR humanitar yardımın göndərilməsi nəzərdə tutulur.



 

DİGƏR XƏBƏR PORTALLARINDA:

https://az.trend.az/azerbaijan/society/3709637.html

https://apa.az/az/sosial/sumqayitdan-turkiyeye-novbeti-yardim-gonderilir-foto-748090

https://report.az/xarici-siyaset/sumqayit-zelzele-zonasina-4-konteyner-ve-16-ton-humanitar-yardim-yola-salib/

https://azertag.az/xeber/2487434

http://xeberle.com/sumqayit/101293-sumqayitdan-turkiyeye-novbeti-yardim-gonderilir-fotolar.html

https://ordu.az/az/news/252086

https://vetenim.info/2023/02/13/sumqayitdan-turkiy%C9%99y%C9%99-novb%C9%99ti-yardim-gond%C9%99rilir/

https://qaynarxett.com/g%C9%99nc%C9%99d%C9%99n-turkiy%C9%99y%C9%99-150-ton-humanitar-yardim-gond%C9%99rilib/

https://ikisahil.az/post/391622-sumqayit-turkiyede-zelzeleden-zerer-chekenlere-yardim-gonderdi

http://xeberle.com/sumqayit/101293-sumqayitdan-turkiyeye-novbeti-yardim-gonderilir-fotolar.html



 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər