Sumqayıtın 12-ci mikrorayonunda yeni qazanxana inşa olunur

1487

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda yeni qazanxananın tikintisinə başlanılıb. Həmçinin 18 yaşayış binasında məhəllədaxili istilik xətlərinin çəkilməsi və həmin binalarda aşağı paylama istilik sisteminin yenidən qurulması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Sumqayıt şəhər İstilik Sistemləri İstismar Sahəsinin rəisi Aftandil Nuriyev məlumat verib.

Onun sözlərinə görə, qışda şəhər əhalisinin istiliklə fasiləsiz təminatı və xidmətin keyfiyyətini artırmaq məqsədilə əvvəlcədən 8 qazanxanada, həmçinin 102 binanın aşağı paylama sistemində təmir-bərpa işləri aparılıb. Həmçinin 18-ci mikrorayon əhalisinin istiliklə təmin olunması üçün 24 yaşayış binasında 1110 mənzili istiliklə təmin edən yeni qazanxana istismara verilib.

Bildirilib ki, hazırda fəaliyyətdə olan 24 qazanxana vasitəsilə 263 yaşayış binası, 30 orta məktəb, 17 səhiyyə və 21 digər obyekt istiliklə fasiləsiz təmin edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər