Sumqayıtın 70 illik yubileyinə həsr edilmiş intellektual oyun keçirildi

740

Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20sentyabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirildi.

Tədbirigiriş sözü ilə açan Baş İdarənin rəisiElgün Hümbətov iştirakçı komandaları salamlamış, ölkə və şəhər rəhbərliyinin gənc nəslə  göstərilən qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, şəhərimizin son illər ərzində əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından danışaraqqeyd etmişdirki, şəhərimizin 70 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planı uğurla icra edilir. Bildirildi ki, yarışın məqsədi“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaqlayanaşı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 14-29 yaş arası gənclərdən ibarət komandalaröz bilik və bacarıqlarını sınadı.Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Sumqayıt Gənclər Klubunun “Zirvə” komandası, II yerə Gənclər Evinin “Gənclik” komandası, III yerə isə Sumqayıt Dövlət Texniki Kollecinin “Pandora” komandası layiq görülmüşdür. Qaliblərin mükafatlandırılmasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov da iştirak etdi. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər