Sumqayıtın Bağlar massivində tullantıların daşınması üçün müqavilələr bağlanılır

700

Sumqayıtın Bağlar massivi adlanan sahəsində səliqə-sahman yaratmaq, mövcud olan məişət zibillərinin və tullantıların vaxtlı-vaxtında toplanması və ərazidən uzaqlaşdırılması ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyətində keçirilən müşavirədən sonra bu sahədə görülən işlər daha da gücləndirilib. 5 minə yaxın təsərrüfatı (bağ sahəsi) əhatə edən bu ərazidə şəhər “Təmizlik Departamenti”nin xətti ilə konteynerlərin yerləşdirilməsi üçün meydançalar düzəldillir. Müəyyən istiqamətlərdə departamentin daimi fəaliyyət göstərən məntəqələri təşkil edilir. Departament tərəfindən hər bir bağ sahibi ilə tullantıların daşınması üçün müqavilələr bağlanılır, sakinlərə bildirişlər paylanılır. Artıq qeydiyyata alınan 4234 evdən 1272-si ilə müqavilə bağlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər