Sumqayıtın daha bir küçəsi asfaltlanacaq-FOTO

1337

Son illər Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Son illər ərzində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

2022-ci ildə Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq yaxın günlərdə şəhərin Çerkassi küçəsində asfaltlanma işləri həyata keçiriləcək.

Hazırda ərazidə asfalta hazırlıq işləri aparılır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər