Sumqayıtın deputatı aztəminatlı ailələr və əlillər cəmiyyətlərinin üzvləri ilə görüşüb – FOTO

1034

«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda Cəmiyyətin, Əlillərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının üzvləri, Şəhid ailələri və Qarabağ əlillərinin “Rahib” Xeyriyyə Cəmiyyətinin, respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyatında olan bir qrup aztəminatlı insanlarla görüşmüşdür.

 Görüşdə imkansiz ailələrin, əlilliyi və fiziki qusuru olan insanların ailə-məişət qayğıları ilə maraqlanılmış, onların arzu və istəkləri dinlənilmiş, qaldırdıqları məsələlərə münasibət bildirilmişdir.

Görüşdə həmçinin son illərdə Sumqayıtda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinə toxunulmuş, Prezident İlham Əliyevin Sumqayıta və bu şəhərin zəhmətkeş insanlarına göstərdiyi diqqət və qayğıdan söhbət açılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər