Sumqayıtın deputatları bu dəfə tələbələri dinlədilər – FOTOLAR

588

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatları Muxtar Babayev və Tahir Mirkişili ilə Sumqayıt Dövlət Universitetinin tələbələrinin görüşü keçirilib.Tələbələrlə birgə şəhər ictimaiyyəti və KİV nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə SDU-nun rektoru Elxan Hüseynov açaraq, tədbirin məqsəd və məramı haqqında məlumat verib, son dövrlərdə universitetdə görülən işlər, həyata keçirilən layihələrlə bağlı iştirakçıları ətraflı tanış edib.
E. Hüseynov qeyd edib ki, Sumqayıtda fəaliyyət göstərən təhsil müəssisələri şəhər rəhbəri Zakir Fərəcovun daim diqqət mərkəzindədir. Rektor vurğulayıb ki, bununla yanaşı, Sumqayıt  şəhər icra hakmiyyətinin başçısı məktəblərə baş çəkərək şagirdlərin və müəllimlərin problemləri ilə maraqlanır, həlli istiqamətində mühüm tapşırıqlarını verir.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev isə çıxışında son illər ölkədə təhsilin inkişafı istiqamətində atılan mühüm addımlara diqqət çəkib. Bildirib ki, təhsil ocaqlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. O,sözlərinə əlavə edib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmə sisteminin yenidən qurulması və bu sahədə insan resurslarının inkişaf etdirilməsi  zəruridir.
Millət vəkili  Tahir Mirkişili  isə təhsillə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni məktəblərin tikintisi, təmiri və bərpası, müasir avadanlıqla təchiz edilməsi, xüsusilə regionlarda hər il onlarla yeni məktəblərin tikilib şagirdlərin istifadəsinə verilməsi Azərbaycanın gələcək inkişafının etibarlı əllərdə olması üçün atılan addımlardan  danışıb.
Milli Məclisin deputatıları Muxtar Babayev və Tahir Mirkişili tələbələrin gənclər siyasəti, karyera yüksəlişi, universitet-istehsalat əlaqələri, xaricdə təhsil, insan kapitalı, qeyri-neft sektorunun inkişafı, “Parlamentdə bir gün” layihəsində iştirak və s. məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıblar.










www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər