“Sumqayıt”ın futbolçusu rekorda imza atıb

943

Azərbaycan Premyer Liqasının IX turu “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyev üçün əlamətdar olub.

“Report” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə matçda iki qola vuran müdafiəçi son iki ildə Premyer Liqada ən erkən dubla imza atan oyunçu olub.

Ölkə çempionatları tarixində görüşün əvvəlində belə tez 2 qol vuran sonuncu futbolçu Baqali Dabodur. Fransalı hücumçu “Qəbələ”də çıxış etdiyi vaxt indiki klubu “Neftçi” ilə görüşün ilk 16 dəqiqəsində iki qola sevinib.

Əliyevdən 777 gün əvvəl – 2016-cı il sentyabrın 10-da keçirilən matçda, ümumilikdə, 3 top vuran Dabo 8:0 hesablı qələbədə pay sahibi olub.

Qeyd edək ki, Şəhriyar Əliyev “Qəbələ” ilə matçın 7-ci və 19-cü dəqiqələrində fərqlənib. Həmin görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər