Sumqayıtın hərbi komissarıın həbs olunma xəbəri yayıldı

831

Sumqayıt şəhərinin hərbi komissarı polkovnik Samir Məmmədov həbs olunub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, işində yol verdiyi nöqsanlara görə, S.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. S.Məmmədov barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.

S.Məmmədov barəsində cinayət işinin başlanması və istintaq aparılması xəbərini Bakı Hərbi Məhkəməsindən təsdiqləyiblər. Mənbə: MİA

Qeyd edək ki, bundan əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının hərbi komissarları da aparılan yoxlamalar nəticəsində həbs olunmuşdu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər