Sumqayıtın idarə rəisi 45-ci məhəllədəki binada tez-tez yaranan problemə dair AÇIQLAMA verib

557

Son vaxtlar XeberLent.az informasiya agentliyinin redaksiyasına Sumqayıtın 45-ci məhəllə, bina 6-79 da işıqların tez-tez sönməsi barədə şikayətlər daxil olur. İşıqların qəfil sönüb-yanması nəticəsində elektriklə işləyən avadanlıqlara ziyan dəyir, sakinlərin məişət və digər işlərində problemlər yaranır. Adıçəkilən problem artıq adi hala çevrildiyindən bunun hansı səbəblər üzündən yaranmasını aydınlaşdırmaq üçün Sumqayıt şəhər İşıq İdarəsinin rəisi Arzuman İsmayılova müraciət edərək öyrənməyə çalışdıq. İdarə rəhbəri işıqların onlardan asılı olmayan səbəblərə görə söndüyünü deyərək sözlərinə bu cür davam etdi: “Düzdür, qeyd etdiyiniz ünvanın xətlərində problemlər var idi. İşıqlar da tez-tez sönürdü, lakin artıq bu problemlər mövcud deyil. Tərəfimizdən bütün nöqsanlar aradan qaldırılıb. Artıq xətlərin hamısı normaldır və heç bir problem yoxdur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər