"Sumqayıt"ın kapitanı: "Qurban Qurbanovun köməkçisi oyunumuzu izlədi" - MÜSAHİBƏ

1194

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov müsahibə verib.

sumqayitxeber.com apasport.az-a istinadən həmin müsahibəni təqdim edir:

– Antalyada keçirdiyiniz ilk oyunda məğlub oldunuz. Bu rəqib elə dünən “Neftçi”ni də məğlub edib. Sizə qarşı əsas heyətlə oynadılar?
– Bu, Türkiyədə ilk oyunumuz idi. Rəqibimiz kifayət qədər yaxşı təşkilatlanmış komandadı. Ağır məşqlərdən sonra bizim üçün yaxşı oyun oldu. Əslində, bu cür oyunlar səhvlərimizi görmək baxımından keçirilir. Buraxdığımız səhvləri düzəltmək üçün vaxtımız var. Bildiyim qədər onlar bizə qarşı əsas heyətlə mübarizə apardılar.

– Təlim-məşq toplanışı necə gedir?
– Sumqayıtda fiziki hazırlığa yer verilmidi. Burda isə gün ərzində iki dəfə topla məşqlər edirik. Yəni taktiki planda çalışmalarımızı Antalyada reallaşdırırıq. Yoldaşlıq oyunları da bu hazırlığın bir parçasıdı. Əlbəttə, komanda ikinci yarıya hələ tam hazır deyil. Fasilədən sonra keçirəcəyimiz 1-2 oyundan sonra tam öz gücümüzü nümayiş etdirə biləcəyik. Ona görə də, fasilədən maksimum yararlanmağa çalışırıq.

– Baş məşqçinin əsas tələbi nə ilə bağlıdı?
– Tələbələr var. Xüsusilə də taktiki planda düzgün oynamağımız istəyir. Bacardığımız qədər buna nail olmağa çalışırıq.

– Yeni transferlər avrokuboklar uğrunda mübarizədə komandanı gücləndirəcəkmi?
– Hər biri baş məşqçinin razılığı əsasında komandaya dəvət edilib. Təbii ki, gücümüzə güc qatacaqları dəqiqdi. Nicat Qurbanovla Elnur Abdullayev təcrübəli futbolçulardı, neçə illərdi Premyer Liqada çıxış edirlər.

– Ölkə kubokunun yarımfinalındakı rəqibiniz “Keşlə” demək olar, heyətinə xeyli sayda yeni futbolçu cəlb edib. Onların hazırlığını izləyirsinizmi?
– Xəbər saytları vasitəsilə müəyyən məlumatlar əldə edirik. Bu bizi narahat etmir. Əsas odur ki, biz öz oyunumuzu göstərə bilək. Bunun üçün də burdakı oyunlarda etdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq.

– Bəs komandada əhval-ruhiyyə necədi?
– Hər şey yaxşıdı. Çalışırıq ki, fasilədə daha yaxşı hazırlıq keçək. Biz komanda olaraq özümüzə inanıb, bu yerlərə gəlmişik.

– Martdan sonra “Sumqayıt” ev oyunlarını başqa stadionda keçirə bilər. Bu amil oyunlarınıza necə təsir edəcək?
– Bunun indidən demək çətindi. Oyunlar komandaya hansı şəkildə təsir etdiyini göstərəcək.

– Bəs çempionatın ikinci yarısı haqda nə deyə bilərsən?
– Qışdan sonra intriqa artacaq. Çünki transfer dövründən istifadə edib əksər klublar heyətlərinə yeni oyunçular cəlb ediblər.

– İki cəbhədən birini seçməli olsanız, hansısa üstünlük verəcəksiniz?
– Həm çempionatda, həm də kubokda irəli getməyə çalışacağıq. Ancaq titul baxımından kuboku qazanmaq daha yaxşı olardı. Məqsədimizə nail olmaq üçün bütün gücümüzü sərf edəcəyik.

– Milli komandaya dəvət edilməyinlə bağlı necə, ümidlisinizmi?
– Baş məşqçi məni yaxşı tanıyır. Əgər dəvət göndərəcəksə, məmnuniyyətlə komandaya qoşulacam.

– Bəs komandanızın məşqlərini və ya oyununu Qurban Qurbanovun köməkçilərindən kimsə izləyib?
– Elçin Rəhmanov oyunumuz izlədi. Ancaq hansısa futbolçu ilə xüsusi söhbət etmədi.

Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər