Sumqayıtın məşhur binasında yanğın: 2 nəfər zəhərləndi, 15 nəfər təxliyyə olundu – FOTO

613

Xeberle.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıtda yaşayış binasının 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilmiş və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın hadisəsi Sumqayıtda 45-ci məhəllə, 14 mərtəbəli binanın 10-cu mərtəbəsində baş veriib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər