Sumqayıtın millət vəkili gürcü həmkarları ilə görüşdü -Foto

1000

Milli Məclisinin gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov, Milli Məclisin deputatları Rövşən Rzayev və Muxtar Babayev Tbilisidə Gürcüstan parlamentinin idman və gənclər komitəsinin sədri Mixeil Kavelaşvili ilə görüşüblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri, müvafiq komitələri, eləcə də, gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Bildirilib ki, gənclər təşkilatları arasında əlaqələrin inkişafı ölkələrimiz arasındakı münasibətlərin bütün sahələr üzrə inkişafında faydalı olacaq.

F.Muradov Gürcüstan Azərbaycan üçün yaxın dost, qardaş olkə olduğunu vurğulayıb. O bildirib ki, rəsmi Bakı Gurcüstan ilə əlaqələrin inkişafında maraqlıdır. Parlament de bu əlaqələrin inkişafına dəstək verməyə hazırdı. inkişgürcü həmkarına Azərbaycanda həyata keçirilən dövlət siyasəti, qanunvericilik bazası barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iki komitə arasında əməkdaşlığa dair memorandum imzalanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər