Sumqayıtın polis rəisinin müavini: “Sumqayıtda azyaşlıların oğurlanaraq daxili orqanlarının çıxarılması barədə məlumatlar yalandır”

707

Sumqayıtda azyaşlıların oğurlanaraq daxili orqanlarının çıxarılması barədə məlumatlar yayılıb.

APA-nın məlumatına görə, bu barədə “Facebook” sosial şəbəkəsində bir neçə nəfərin yaydığı məlumatlar ciddi müzakirə mövzusuna çevrilib.

Məlumatda bildirilib ki, son günlər Sumqayıt şəhərində azyaşlı uşaqlara qarşı ağla sığmaz cinayətlər törədilməsi barədə məlumatlar dolaşır: “Belə ki, dünən şəhər ərazisində zibil qutusundan daxili orqanları çıxarılmış uşaq meyiti tapılıb. Bundan başqa, daha bir 8 yaşlı uşağın daxili orqanlarını çıxararaq meyitinin ailəsinə verildiyi bildirilir. 6 yaşlı başqa bir uşağın meyiti isə daxili orqanları çıxarılmış vəziyyətdə dəniz kənarında tapılıb”.

Məlumatda həmçinin qeyd olunub ki, Sumqayıtdakı orta məktəblərdə şagirdlərə təhsil müəssisələrinə təkbaşına gəlməmələri ilə bağlı xəbərdarlıq edilib.

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov APA-ya açıqlamasında bu məlumatların yalan olduğunu deyib: “Bu barədə sizdən eşidirəm. Belə bir şey ola bilməz. Biz heç bir məktəbdə belə xəbərdarlıq yaymamışıq”.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov isə APA-nın sorğusuna cavabında yayılan məlumatların şayiə xarakterli olduğunu bildirib: “ Bu məlumatlar şayiədən başqa bir şey deyil və yalandır. Əgər belə bir hadisə olsaydı, polisdə bu barədə mütləq məlumat olmalı idi. Bizdə bu barədə heç bir məlumat yoxdursa, deməli yalan və əsassız informasiyalardır. Sizə tam məsuliyyətlə deyiləm ki, son günlər Sumqayıt şəhəri ərazisindən uşaq cəsədi tapılması, uşaqların qətlə yetirilməsi ilə bağlı hər hansı fakt qeydə alınmayıb”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • humbet
    Aprel 25, 2012 - 13:15

    bunlar hamisi yalandir amma tek usaq itib o da 6 mkrda qalir melumat hamisi yalandir orqan za

  • gunay
    Aprel 26, 2012 - 09:58

    mence bunlar do]rudur sadece insanlarin baslarinin altina balis qoyurlar. od olmayan yerden tustu cixmaz.

  • Elnur
    Aprel 29, 2012 - 16:23

    yalan da olsa , dogru da olsa gerek valideynler diqqetli olsun. duzunu desem men de inanmiramki bizim sheherde bu cur hadiseler olsun.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər