“Sumqayıt”ın prezidenti postuna 3 namizəd var

1424

“Sumqayıt” klubunun president postuna 3 namizəd var.  “Qafqazinfo” xəbər verir ki, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov keçirdiyi mətbuat konfransında məlumat verib. 

O, namizədlərdən birinin milli komandamızın sabiq meneceri Riad Rəfiyev olduğunu açıqlayıb: “Ancaq digər 2 namizədin adını açıqlaya bilmərəm. Çünki bu etik cəhətdən düzgün olmazdı. Sadəcə, Riad Rəfiyevlə bağlı mənə sual olduğundan onun namizədliyini təsdiqlədim”.

Xatırladaq ki, “Sumqayıt” klubunda ötən ay Kamran Quliyev “Neftçi”yə yeni prezidenti təyin olunduqdan sonra bu vəzifənin müvəqqəti icrası vitse-prezident Vaqif Ömərova tapşırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər