Sumqayıtın sabiq deputatının 400 min manat pulunu mənimsəyən şəxsə hökm oxundu

705

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Rəhimovun cinayət iş üzrə məhkəmə prosesi başa çatıb.
sumqayitxeber.com  Report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vüqar Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq deputat, “Sumqayıt-Çörək” ASC-nin rəhbəri Tofiq Hüseynovdur. O, həmçinin “TERM” tikinti şirkətinin təsisçisidir.
Təqdirləndirilən Vüqar Rəhimov “TERM” tikinti şirkətində mühasib, daha sonra isə direktor işləyib.
İttihama görə, o, şirkətdə işləyərkən 400 min manat mənimsəməkdə təqsirləndirilir.
Zərərçəkmiş, sabiq deputat Tofiq Hüseynovun şikayətinə görə, etibar etdiyi Vüqar Rəhimov ona qarşı dələduzluq edib. Belə ki, şirkətə tikinti işləri ilə bağlı lazım olan 877 min manat “Rabitəbank” ASC-dən kredit götürülüb. Kredit xətti açılandan sonra Vüqar Rəhimov götürülən krediti təyinatı üzrə xərcləməyib, pulu mənimsəyib.
Həmçinin V.Rəhimov sabiq deputatın şirkəti tərəfindən inşa edilən binalardakı mənzilləri öz adına keçirməkdə də təqsirli bilir. Amma V.Rəhimov ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.
Qeyd edək ki, sabiq deputata məxsus “TERM” şirkəti Bakıda restoran, hotel, yaşayış binalarının tikintisini həyata keçirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər