Sumqayıtın sakininin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib

1285

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər sakini Məhəmməd Paşa oğlu Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov yubiliyarı ad günü münasibəti ilə təbrik edib.

Vurğulanıb ki, cəmiyyətin inkişafında danılmaz xidmətləri olan veteranlara, ahıllara dövlətimiz hər zaman yüksək qiymət verib, qayğı ilə yanaşıb.  Ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi Ümummilli Lider Heydər Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olmuşdur. Milli və bəşəri dəyərlərə söykənən bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli səviyyədə davam və inkişaf etdirilməkdədir.

Tədbirdə yubiliyarın həyat yoluna nəzər salınıb. Qeyd olunub ki Məhəmməd Əliyev 20 fevral  1920-ci ildə anadan olub. 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak edib. 1942-ci ildə müharibədə yaralanıb. Amma buna baxmayaraq orduda xidmətini davam etdirib. Diqqətə çatdırılıb ki, Məhəmməd Əliyev şəhərimizin ictimai həyatında da fəal iştirak edir.

Digər şıxış edənlər də yubiliyarı təbrik edərək ona can sağlığı arzulayıblar.

Sumqayıt şəhərinin 100 yaşlı ahıl sakini Məhəmməd Paşa oğlu Əliyevə Sumqayıt şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Yubiliyar və ailə üzvləri çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini çatdırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər