Sumqayıtlı ana üç günlük körpəsini su kanalına atıb

936

Azərbaycanda ana üç günlük körpəsini su kanalına atıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhəri, Z. Tağıyev qəsəbəsinin sakini, 1979-cu il təvəllüdlü Angela Vidadi qızı Mehdiyeva dünyaya gətirdiyi 3 günlük oğlan uşağını Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən su kanalına atıb. Ananın körpəsini su kanalına atmasının səbəbləri barədə məlumat verilmir. A. Mehdiyeva övladını kanala atdığını etiraf edib. Körpənin cəsədini hələlik tapmaq mümkün olmayıb.
Faktla bağlı Sumqayıt şəhər və Siyəzən rayon prokurorluqları tərəfindən birgə araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər