Sumqayıtlı deputat: “İslam dininin inkişafı üçün yaradılan şəraitdən sui-istifadə edilməməlidir”

798

“Bizim məscidlərimiz başqa ölkələrin dini mərkəzlərində təhsil alıb Azərbaycana gələn şəxslərin təbliğat yerinə çevrilməməlidir”.
“Azərbaycanda islam dininin inkişafı üçün yaradılan şəraitdən sui-istifadə edilməməlidir”. Bunu Milli.Az-a Milli Məclisinin deputatı, tarixçi alim Musa Qasımlı bildirib.

“Azərbaycanda din dövlətdən ayrı olsa da, dini qurumların hər biri Azərbaycan qanunları əsasında fəaliyyət göstərir”- deyən, M.Qasımlı hesab edir ki, Azərbaycanda islam dinini təriqətlərə parçalamağa çalışan, azərbaycanlıların dini birliyini pozmağa cəhd edən qüvvələr var.

“Azərbaycanda müəyyən vaxtlarda islam dini sıxışdırılıb, ötən əsrin 20-30-cu illərində Azərbaycanda məscidlər, ziyarətgahlar dağıdılıb, dini ayinlərin icrasına qadağalar qoyulub. Bu gün isə Azərbaycan müstəqil dövlətdir, Azərbaycanda dini tolerantlıq digər ölkələr üçün nümunə ola bilər” – M.Qasımlı bildirib.

Millət vəkili hesab edir ki, dinlərə münasibət baxımından Azərbaycan digər ölkələr üçün model ola bilər: “Azərbaycan Konstitusiyasına görə, din dövlətdən ayrıdır, amma islam dini bizim mənəviyyatımızın bir hissəsidir. Son illərdə Azərbaycanda tikilən məscidlər, təmir olunan ziyarətgahlar ölkədə dinə göstərilən diqqətin nümunəsidir”.

M.Qasımlı qeyd edib ki, ölkəmizdə islamın siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz, çünki islamdan siyasi məqsədlərinə çatmaqdan ötrü bir vasitə kimi istifadə edən qüvvələr var.
Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycan üçün din xadimləri Azərbaycanda hazırlanmalıdır. Onun sözlərinə görə, Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməli və həmin universitetdə təhsilini başa vuran gənclər məscidlərdə işləməlidir. “Bizim məscidlərimiz başqa ölkələrin dini mərkəzlərində təhsillərini başa vurub Azərbaycana gələn şəxslərin təbliğat yerinə çevrilməməlidir”, – o bildirib. Mənbə: Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər