Sumqayıtlı deputatdan maraqlı addım: aşağı bal toplayan tələbələrlə görüşdü

1414

Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıtda ali məktəblərə 300-dən az bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan məzunlarla onların tədris prossesində daha yüksək nəticə göstərmələrini təşviq etmək məqsədilə görüş keçirib. O, Sumqayıtda ali məktəblətə qəbul olan tələbələrə şəhər rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini qeyd edərək, bu il fərqli format seçdiyini bildirib.
Bu günə qədər ölkəmizdə ancaq yüksək bal toplayan abituriyentlərlə görüş keçirilir və bu, ənənə halını alıb.
Elə görüşdə də deputat bu məsələyə diqqət çəkib və bildirib ki, bu gün Azərbaycanda gənclər üçün yaradılan şərait dünyanın heç bir ölkəsində yoxdur: “Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri də neft kapitalının insan kapitalına çevrilməsidir. Bu istiqamətdə uğurlu nəticələr var. Çağdaş zamanda Azərbaycan gəncinin səsi dünyanın ən qabaqcıl universitetlərindən gəlir”.
Görüşdə həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın və texnologiyaların sürətli inkişafından danışan Tahir Mirkişili dünyada baş verən 4-cü sənaye inqilabı şəraitində gələcəyə yönəlik ixtisaslı kadrlara böyük ehtiyac duyulduğunu xüsusi vuğulayıb.
T.Mirkişili müasir dünyada əsas tələbin diploma deyil, yüksək bilik və bacarıqlara olduğunu, bunun üçün isə gənclərin tədris müddətində müasir biliklərə sahib olmalarının zəruriliyini gənclərin diqqətinə çatdırıb.
“Aşağı bal göstəriciləri sizi ruhdan salmamalıdır. Dünya xeyli sayda uğurlu insanlar var ki, universitetlərə yüksək balla daxil ola bilməyiblər. Ancaq sonradan onların ideyaları və innovativ fəaliyyəti çox uğurlu olub. Buna görə də siz universitetdə oxuduğunuz illərində daha əzmkar olmalısınız. Yeni ideyalara sahib olmalısız. Yaradıcı olmalısınız. Daim öz üzərinizdə çalışıb bilik və bacarıq əldə etməlisiniz. Belə olacaqsa heç şübhəsiz ki, böyük uğurlara imza atmış olacaqsınız. Müasir Azərbaycan gəncliyi bütün sahələrdə inanılmaz şəkildə əzmkardır və sizlərdən bu istiqamətdə böyük gözləntilər var”.
Azərbaycan ali məktəblərində yaradılan müasir şəraitdən danışan deputat, Sumqayıt şəhərində sənayenin inkişafına diqqət çəkərək, gənclərin də ixtisas seçimində və karyera məsələlərində buna xüsusi diqqət yetirmələrini vurğulamış və onlara irəlidəki tədris ilində uğurlar arzulayıb.
Sonda tələbələrə innovativ hədiyyələr təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər