Sumqayıtlı diplomat Azərbaycanın Çin Xalq Respublikasında səfiri təyin olunub

783
Prezident İlham Əliyev Əkrəm Akif oğlu Zeynallının Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Əkrəm Zeynallı 2012-ci ildən bu vaxta qədər Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri olub.
Xatırladaq ki, Əkrəm Zeynallı uzun illər Sumqayıtda rəhbər vəzifələrdə çalışan, şəhər ictimaiyyətində böyük hörmət və nüfuza malik olan, hazırda isə Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti 1 saylı Reginol Maliyyə Müfəttişliyinin rəisi işləyən Akif Zeynalovun ikinci oğludur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər