Sumqayıtlı dost qatilinə 9 il həbs!

834

Oktyabrın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dostunu qətlə yetirməkdə təqsirləndirilən Sumqayıt sakininə hökm oxunub. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Salman Sadıxovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunaraq, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. S.Sadıxov vəkildən imtina etdiyinə görə, məhkəmə müdafiə çıxışını etmək imkanını onun özünə verib. Təqsirləndirilən cinayət işi üzrə ibtidai istintaqın düzgün aparılmadığını, qətli törətdiyi bıçağın öldürülən Genna Şirinova məxsus olduğunu və qətli özünü müdafiə etmək üçün törətdiyini bildirib. Sonda hökm oxunub. Məhkəmənin hökmü ilə S.Sadıxov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2009-cu il iyunun 29-da Sumqayıt şəhərində baş verib. Şəhər sakini S.Sadıxov dostu G. Şirinovla spirtli içki qəbul edəndən sonra aralarında yaranmış mübahisə nəticəsində onu bıçaqla öldürüb. S.Sadıxov polisə könüllü təslim olub. Fərid Əkbərov. LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər