Sumqayıtlı gənc xanım gürcüstanda dünyasını dəyişdi - FOTO

3673
sumqayitxeber.com daxil olan məlumata görə Gürcüstanda dünyasını dəyişən 21 yaşlı Zeynəb Vəlizadə Sumqayıt şəhər Polis İdarəsinin keçmiş rəis müavini Şirnəli Vəliyevin qızıdır.
***
Sumqayıt şəhərində fəaliyyət göstərən “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə Gürcüstanda dünyasını dəyişib.
sumqayitxeber.com-un əldə etdiyi məlumata görə Zeynəb Vəlizadə Gürcüstanda keçirilən tədbirdə iştirak etmək üçün orada olub.
Ötən gün gənc xanımın vəziyyəti qəfil pisləşib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Zeynəb Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Təhsilini Bakı Mühəndislik Universitetində alıb.
Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər