SUMQAYITLI JURNALİSTİN POLİS TƏZYİQİNƏ MƏRUZ QALMASI FAKTINI PROKURORLUQ ARAŞDIRACAQ

963

“Yüksəliş Naminə” qəzetinin müxbiri Elçin Həsənov Səbail rayon Prokurorluğuna çağırılıb. Bu barədə məlumatı sumqayitxeber.com saytina E.Həsənov özü verib.

Elçin Həsənov bildirdi ki, 10 may tarixində onun təzyiqə məruz qalması ilə bağlı qəzetin baş redaktoru Elçin Məmmədov ölkə Prezidentinə və Daxili İşlər Nazirliyinə göndərdiyi müraciət baxılması üçün Səbail rayon Prokurorluğuna göndərmişdir

Elçin Həsənov: “Mən prokuror köməkçisi Rəsmiyyə Kazımovaya şəkil və video roliklərdə mənə təzyiq etmiş polis nəfərlərini göstərdim və vurğuladım ki, əynimdə PRESS yazısı olan gödəkcə olmasına baxmayaraq, mənə qarşı təzyiq etmişdirlər. Prokurorluqdan bildirdilər ki, artıq iş ilə prokurorluq məşğul olacaq”

Xatırladaq ki, 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında silahlı basqında həlak olanlarla bağlı matəm elan olunmasını istəyən və “Gül bayramı” nın keçirilməsinə etiraz edən bir qrup gənc 10 may tarixində bir qrup gəncin polisdə saxlanılması ilə əlaqədar 39-cu polis bölməsinə gedən müxbir polis tərəfindən təzyiqə məruz qalmışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Vuqar
    İyun 29, 2009 - 11:50

    Ay Elcin, sen hemin gun aksiya kecirmek ucun shehere cixmishdin axi. Gordun ki ishler cetindir yashil godekce geyindin? Yaziq bu milletin halina ki, senin kimi vetenperver ogullari var. Hemishe aksiya teleb eden oglan aksiya vaxti jurnalist cildine girmez.

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər