Sumqayıtlı jurnalistin şikayəti Avropa Məhkəməsinə göndərilib

869

GÜL BAYRAMINDA POLİSİN ZORAKILIĞİNA MƏRUZ QALAN JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSINƏ GÖNDƏRİLİB

B7C21CB0-A16E-4AFD-9C4E-3B3CA9DC45EF_mw800_mh600_sDaha bir şikayət üzrə işə isə ölkədaxili məhkəmələrdə baxılmaqdadır

27.07.2010. “Yüksəliş naminə” qəzetinin jurnalisti Elçin Həsənovun (bundan sonra Ərizəçi) daha bir şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Bu barədə məlumatı Ərizəçinin hüquqlarının müdafiəsini həyata keçirən İntiqam Əliyev verib.

Ərizəçi 10 may 2009-cu ildə “Gül bayramı”na etiraz aksiyasında iştirak edərkən polis zorakılığına məruz qalıb. Belə ki, həmin aksiya zamanı orada olan polislər gənclərə, jurnalistlərə, o cümlədən Ərizəçiyə qarşı fiziki zor tətbiq ediblər. Bundan sonra aksiyada iştirak edən gənclər tutularaq, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparılıb.

“Gül Bayramı”na etiraz edən gənclərin tutulması haqqında yeni məlumat almaq məqsədilə Ərizəçi Səbail rayon 39-cu Polis Bölməsinin qarşısına gedib. Bu zaman polislər orada olan tələbələrdən, hüquq müdafiəçilərindən və jurnalistlərdən həmin ərazini tərk etməyi tələb edib. Səbail Rayon 39-cu Polis Bölməsinin qarşısında olan iki nəfər mülki geyimli polisin və kapitan rütbəli polisin göstərişi ilə polislər həmin əraziyə toplaşan tələbələrin, hüquq müdafiəçilərindən və jurnalistlərin üzərinə dəyənəklə hücum edib.

Ərizəçinin əynində jurnalist gödəkçəsi olmasına baxmayaraq, bir nəfər mülki geyimli şəxs və 2 nəfər polis çavuşu tərəfindən onun qarın və baş nahiyəsinə təpik, yumruq zərbəsi endiriblər. Nəticədə, Ərizəçi aldığı zərbədən bir neçə dəqiqə huşunu itirib.

Human Rights Watch təşkilatının 2010-cu il üzrə dünya hesabatında (World Report Chapter 01.20.2010) da Ərizəçinin polis tərəfindən zorakılığa məruz qalması təsdiq edilib.

Ərizəçi ona qarşı zorakılıq edən polislər barəsində cinayət işinin başlanması üçün Səbail Rayon Prokurorluğuna müraciət edib. Səbail Rayon Prokurorluğu 17 iyul 2009-cu il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib. Ərizəçinin bu qərardan verdiyi şikayəti də Bakı Apellyasiya Məhkəməsi əsassız hesab edərək, təmin etməyib.

Ölkədaxili məhkəmələrdə pozulmuş hüquqlarının bərpasına nail ola bilməyən Ərizəçi ləyaqəti alçaldan rəftara məruz qalmasından və ədalətli məhkəmə araşdırması, toplaşmaq və fikri ifadə etmək azadlığının pozuntusundan Avropa Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, “Gül bayramı” ilə bağlı ölkə məhkəmələrində daha bir şikayətə baxılır: Natiq Ədilov, Əfqan Muxtarlı və Elçin Həsənovun Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayəti üzrə mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

Ərizəçilər məhkəmədən onların mayın 10-da keçirilən aksiya zamanı 39-cu Səbail Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən məruz qaldıqları rəftarın, hakimiyyət orqanlarının onların ifadə və sərbəst toplaşmaq azadlığına müdaxiləsinin Azərbaycan qanunvericiliyi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müvafiq maddələrinin pozuntusu kimi qiymətləndirilməsini xahiş ediblər.

Xatırladaq ki, şikayətin verilməsindən 6 ay keçməsinə baxmayaraq işin baxılması məhkəmə tərəfindən müxtəlif bəhanələrlə indiyə qədər yubadılırdı. 02 aprel 2010-cu ildə işə baxan hakim K.Əmirxanova Ərizəçilərin tələbini təmin etməyib. Ərizəçilər həmin qərardan apellyasiya şikayəti veriblər. Həmin iş üzrə ölkədaxili vasitələr müsbət nəticə verməyəcəyi halda Strasburq Məhkəməsinə daha bir şikayətin göndərilməsi nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Valeh
    Avqust 4, 2010 - 14:02

    Qardaw bu olkede neinki jurnalisti deyerdim hetta memurlarida basib doyurler. Sen hele wukur ele ki Baheddin Heziyev kimi seninde ustunden mawinla kecmeyibler

  • Zamin Hesenli
    Avqust 4, 2010 - 14:04

    Senin mitinqde ne iwin var idiki senide doysunler. Get sende hami kimi bawivi awagi sal qul bazarinda iwlede gul kimi dovletimiz var pambiq kimide hakimiyyetimiz day ne isteyirsen ki,

  • Elnur Astanbəyli
    Avqust 4, 2010 - 15:50

    Mən indi qanına qəltan edilən iki gənc həmkarımın halına acıyıram, onların canındakı ağrını, sızını öz bədənimdə hiss edirəm, amma kimsə inciməsin: işlərin bu yerə gələcəyini “Milli Mətbuat Günü”ndəki o yalançı, saxta təmtəraqdan, dəbdəbədən anlamalı idik. Qəzetçiliyin namusunu fəxri adlara, pul yardımlarına dəyişəndə anlamalı idik. O fəxri adların, o pul yardımlarının Azərbaycanda azad sözü tamamən bitirmək, qəzetçiliyi tamamən Ilham Əliyevin istəyinə və iradəsinə tabe etdirmək üçün qurulmuş tələ olduğunun fərqinə varmalı idik. Və o pulu da, o fəxri adları da rejimin sifətinə çırpmalı idik! Bacarmadıq…

Zamin Hesenli üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər