Sumqayıtlı könüllülərə təlim keçirildi – FOTOLAR

587

9 noyabr 2013 –cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yerləşən Paradise oteldə  Sumqayıt Regional Mərkəzinin mobil könüllü dəstəsi üçün Fövqəladə hallar zamanı hərəkət üzrə təkmilləşdirici təlim keçirilib.

Qızıl Aypara Cəmiyyəti Sumqayıt Şəhər bölməsinin təlimatçısı Sevinc Manafovanın “sumqayitxeber.com”-a verdiyi məlumata görə Fövqəladə hadisələrin nəticələrinin tez bir zamanda aradan qaldırılmasında  mülki müdafiə orqanlarının və digər xilasedici qüvvələrin idarə edilməsinin təşkili məqsədilə keçirilən  təlimi Az QAC-nin Vitse prezidenti Qafar Əsgərzadə açıq elan edərək  təlimin əhəmiyyətindən  geniş söhbət açdı.

Ümumiyyətlə təlimdə BQXK-nin nümayəndəsi R.Əlləzov, Az QAC-nin Yayım sektorunun rəhbəri N.Qədirova,Az QAC-nin FHHC şöbəsinin müdiri F.Seyidzadə,”İcmaya əsaslanan sağlamlıq” layihəsinin rəhbəri M.Qaraxanova ,Az QAC-nin Axtarış xidmətinin rəhbəri A.Mirzəzadə, Az QAC-nin Humanitar yardım şöbəsinin müdiri Ə.Abbasov,Az QAC-nin Təchizat şöbəsinin müdiri V.Məhərrəmov,Az QAC-nin  İlk yardım sektorunun rəhbəri Ş.Biləndərov,QAC Sumqayıt şəhər bölməsinin sədri M.Məhərrəmova  və QAC Sumqayıt şəhər bölməsinin könüllü mobil dəstə üzvləri  iştirak edirdilər.Təlim zamanı Fövqəladə hallara reaksiya,mobil könüllü dəstə fəlakət zamanı necə reaksiya verməlidir; fəlakət zamanı insanlara psixososial dəstək, axtarış xidmətinin rolu,humanitar yardımın təşkili kimi mövzularda çıxışlar  edilmiş və mövzu ilə bağlı slaydlar nümayiş olunmuşdur.Yekunda isə QAC Sumqayıt şəhər bölməsinin mobil könüllü dəstəsi təlimlə bağlı fikirlərini söyləyərək belə bir təlimin ərsəyə gəlməsinə təşəbbüs göstərən Az QAC- nə öz təşəkkürlərini bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər