Sumqayıtlı məzunların 101-i 600-dən çox bal toplayıb

725

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunun ilkin nəticələrinə görə Sumqayıt şəhərində 101 nəfər 600-dən çox bal toplayıb.

Bu barədə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının yanında keçirilən müşavirədə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov məlumat verib. V.Bağırovun sözlərinə görə, hələlik TQDK-dan rəsmi məlumat daxil olmayıb və bu göstərici məktəblərdən toplanmış məlumat əsasında müəyyən edilib. Lakin ötən illərin təcrübəsi nəzərə alınanda, rəsmi rəqəmlərin daha da yüksək olacağı gözlənilir.

Qeyd etməliyik ki, Sumqayıt şəhəri ali məktəblərə qəbul üzrə dövlət imtahanlarında respublika üzrə daim ilk pillədə qərarlaşır. 2009-cu ildə Sumqayıt məktəblilərinin 40,8 %-i tələbə adını qazanmaqla Azərbaycanda ən yüksək göstəriciyə imza atıblar. Qəbul imtahanlarında yüksək bilik nümayiş etdirən 101 nəfər məzun 600-dən, 26 nəfər isə 650-dən çox bal toplayıb. Ötən il daha 10 nəfər Prezident təqaüdünə layiq görülüb ki, bununla da onların sayı 52 nəfərə çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər