Sumqayıtlı polisin tələbəsi dünya çempionatının qalibləri sırasında – FOTO

1148
Noyabrın 21-dən 26-dək  Polşanın Bıdqoş şəhərində 23 yaşadək olan güləşçilər arasında U-23 versiyası üzrə dünya çempionatı keçirilib. Bu yaş kateqoriyasında gerçəkləşdirilən çempionatı yığma komandamızın üzvləri 5 bürünc medalla başa vurublar.
 
Qadın güləşçilərin mübarizəsi isə 2 bürünc medalla tamamlanıb.
Millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Türkan Nəsirova çəkisi 48 kiloqram olan güləşçilər arasında ilk görüşündə qazaxıstanlı rəqibi ilə qarşılaşıb və 62 saniyədə təmiz qələbə qazanıb. İkinci görüşündə rusiyalı həmkarı üzərində 12:11 hesablı qələbə qazanan Türkan yarımfinala yüksəlib. Finala gedən yolda o, türkiyəli idmançıdan cüzi xal hesabı ilə geri qalsa da 3-cü yer uğrunda qarşılaşmada yaponiyalı rəqibinə 4:2 hesabı ilə qalib gəlib və çempionatın bürünc mükafatını qazanıb.
Güləşçimizi bu yarışa Sumqayıt ŞPİ-nin əməkdaşı, Azərbaycan Respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, idman ustası, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Tural Əliyev hazırlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər