Sumqayıtlı sürücü avtomobilini yolayrıcına çırparaq ölüb

580

Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Cəsarət Mehdiyev “Mercedes” markalı avtomobili idarə edərkən onu yolayrıcına vurub.

Qəza noyabrın 27-də gecə saat 02:00 radələrində baş verib.

Nəticədə sürücü Cəsarət Mehdiyev hadisə yerində ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər