Sumqayıtlı tanınmış mühəndis Şakir Həsənov vəfat edib -FOTOLAR

2250
Azərbaycanın tanınmış inşaatçısı, “Əmək” ordeni və “Tərəqqi” medalına laqyiqli görülmüş, beynəlxalq “Sokrat” mükafatı laureatı Şakir Həsənov vəfat edib.
sumqayitxeber.com xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Şakir Həsənov 15 iyun 1947-ci ildə Masallı rayonunun Borodigah kəndində ziyalı ailəsində anadan olub. 1954 -cü ildə Masallı rayonu Borodigah kəndində orta məktəbin 1-ci sinfinə gedib və 1965-ci ildə orta məktəbi bitirib. 1965 -ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub.
1976-cı ildə Azərbaycan İnşaat -Mühəndislər İnstitutunun «İnşaat mühəndisləri» fakültəsinin tam kursunu bitirmiş, tikinti-mühəndis ixtisasına yiyələnmişdir. Həmin illərdən başlayaraq karyerasına tikinti inşaat sənayesi ilə başlamışdır. 1969-cu ildə Azərbaycan Tikinti Sənaye Nazirliyinin 74 saylı Tikinti İdarəsində TİŞ-nində mühəndis kimi fəaliyyətə başlamışdır. 1971-ci ildən 12 saylı Tikinti İdarəsinə fəhlə kimi işə qəbul edilmiş və az müddətdə usta vəzifəsinə keçirilmişdir. 1972-ci ildən başlayaraq 18 saylı Tikinti idarəsinə iş icraçısı təyin olunmuşdur. Bakı şəhərinə çəkilən Kür Su kanalının tikintisində mühəndis kimi çalışmışdır. 1981-1984 -cü illərdə 1 № li trestin MQ İdarəsində baş mühəndis vəzifəsinə təyin olunmuşdur. 1972-ci ildən başlayaraq sahə rəisi vəzifəsinə keçirilmiş və tikinti-inşaat sahəsində yüksək nailiyyətlər əldə etmişdir
1982- i ildə 1 №li trestin 11 saylı Mexanizasiya İdarəsinə böyük iş icraçısı kimi təyin olunmuşdur. 1983-cü ildə həmin müəssisədə baş mühəndis vəzifəsinə keçirilmişdir. Həmin ildə Nijni Novqorod şəhərinə «yüksək vəzifəli kadrların hazırlanması» İnstitutuna kursa göndərilmiş və yüksək qiymətlərlə oranı bitirmişdir. Yüksək ixtisaslı kadr kimi ölkəyə qayıtmışdır.
Fəaliyyəti
1984-cü ildə Az.SSR Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti İdarəsinə sahə rəisi vəzifəsinə göndərilmiş və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmişdir. Abşeron, Masallı rayonlarının sovxoz və kolxozlarının tikintisində çalışmışdır.
1988-ci ildən başlayaraq Az.SSR «Xüsusi tikintiquraşdırma» Nazirliyinin Sumqayıt «Termoizalyasiya» Qİ-nə rəis vəzifəsinə təyin edilmişdir. 2004-cü ildən müəssisə tam özəlləşərək «AzTermoizol» ASC kimi fəaliyyət göstərir.
1988-ci ildən başlayaraq rəhbərlik etdiyi müəssisə Sumqayıt şəhərində və Azərbaycan Respublikası ərazisində tikilən və tikilməkdə olan dövlət əhəmiyyətli obyektlərdə çalışaraq yüksək keyfiyyətli iş təhvil vermiş və verməkdədir.
1990-1995-ci illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur.
Mükafatları
SSRİ Tikinti Nazirlər Kabineti tərəfindən 1979-80-ci ilin «Ən yaxşı sahə rəisi» fəxri adı ilə təltif olunmuşdur.
1983 -cü ildə SSRİ Tikinti Nazirlər Kabineti tərəfindən “Əməkdar mühəndis ” fəxri adına layiq görümüşdür.
2004- cü il Avropa Nəşr və mətbuatının müəyyənləşdirdiyi 2004-cü ilin ilk qalibi İlin ən yaxşı müəssisə rəhbəri diplomu ilə təltif olunmuşdur.
2005 -ci il Azərbaycan Respublikası AzTELE-TvMEDİA “Xalq və Azərbaycan naminə” fəxri diplomu ilə təltif olunmuşdur.
2009- cu ildə Azərbaycan Respublikası «Tərəqqi ordeninə» layiq görülmüşdür.
2010-cu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2012-ci il aprel ayında «İnsan və təbiət» qəzeti–redaksiyasının təsis etdiyi «Akademik Həsən Əliyev» fəxri diplomu ilə təltif olunmuşdur.
2012-ildə 65 illik yubiley münasibətilə Azərbaycan Respublikası “Yeganə yol” Beynəlxalq İctimai-Siyasi hüquq qəzetinin təsis etdiyi “Xalq Ziyalısı” diplomu ilə təltif olunmuşdur.
2016- cı ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 29.12.2016-cı il tarixli 351 nömrəli sərəncamı ilə “Şəhərin sosial-iqdisadi həyatında səmərəli fəaliyyətə görə” fəxri fərmanla təltif edilmişdir.
2017- ci ildə Sumqayıt şəhər Bələdiyyəsinin “Şəhərin ictimai işlərində fəal iştirakına görə və mənalı ömrün 70 illik yubileyi münasibəti ilə” fəxri fərmanla təltif olunmuşdur.
Həmçinin 2017- ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 14 iyun 2017- ci il tarixli 122 nömrəli sərəncamı ilə “70 illik yubileyi” münasibətilə və şəhərin sosial- iqtisadi həyatında səmərəli fəaliyyətə görə” fəxri fərmanla təltif olunmuşdur.

 

Azərbaycan Respublikasını, Sumqayıt şəhərini təmsil edərək 2011 –ci il dekabr ayında İspaniyanın Madrid şəhərində Qlobal Ticarət Liderləri Təşkilatının təklifi ilə Konfranslarda və mükafatlandırma mərasimində iştirak etmişdir .”Rəhbərlərin imicində və keyfiyyətində 38-ci Beynəlxalq mükafatı qızıl medalı” adlı mükafata layiq görülmüşdür. Oradan qızıl medal, İspaniyada iş qurmağa hüquq verən Lisenziya və Sertifikatla ölkəyə geri dönmüşdür.
2012- ci il iyul ayında Fransanın Paris şəhərində Otherways Assosiasiyasının təklifi ilə qonaq olmuşdur. “Mükəmməllik, İdeal, Keyfiyyət performansı Global Mükafatı” adlı sertifikat, medal ilə təltif olunmuşdur.
2013- cü il aprel ayının 12-də İngiltərənin London şəhərində olmuşdur. Oraya Avropa Biznes Birliyi Təşkilatı tərəfindən dəvət olunmuşdur. Sokrat adına keçirilən bu mükafatlandırma mərasimində onları “Ən yaxşı Müəssisələr” Beynəlxalq Sokrat mükafatına layiq gördülər, bundan başqa şəxsən Şakir Həsənovu “İlin Meneceri” qızıl medalı ilə təltif etdilər. Böyük Britaniyada müvafiq biznes qurmaq üçün Şakir Həsənova Lisenziya verildi.
Müəssisəinin əldə etdiyi gəlirdən idman komitələrinə, qaçqın ailələrinə, şəhid ailələrinə, mətbuata, mədəniyyət işlərinə və tələbələrin təhsilinə yardım etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər