Sumqayıtlı üç şəhidin ailəsinə mənzillər verilib

600

Ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı həlak olan üç şəhidin ailələrinə Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində yeni tikilən yaşayış binalarında mənzillər təqdim olunub. Tam təmirli olan mənzillər mebellə təchiz edilib, şəhid ailələrinin rahat yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Silahlı Qüvvələrimizin qüdrətindən söz açılıb. Bildirilib ki, Prezident İlham Əliyevin ölkənin hərbi gücünün artırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında qüdrətli ordular sırasındadır. Təcavüzkar Ermənistanın 2016-cı ilin aprel ayında ölkəmizə qarşı növbəti silahlı təxribatının qarşısının alınması, hərbi baxımdan strateji əhəmiyyətli bir neçə yüksəkliyin və yaşayış məntəqəsinin işğaldan azad olunması ordumuzun gücünü bir daha nümayiş etdirdi.

Vurğulanıb ki, aprel döyüşlərində Vətənin müdafiəsi zamanı qəhrəmancasına həlak olan şəhidlərin ailələrinin sosial müdafiəsi, həyat şəraitinin yaxşılaşdırılması şəhər rəhbərliyinin daim diqqət mərkəzindədir.

Sonra mənzillərin açarları və sənədləri şəhid ailələrinə təqdim edilib.

Aprel döyüşlərinin şəhidləri Mühid Orucov, Vüqar Yusifov və Elnur Əliyevin ailə üzvləri Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər