Şuranın dəstəklədiyi layihə Sumqayıtda uğurla davam edir

1165
Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən “Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
qhtxeber.az-a daxil olan məlumata görə, layihənin koordinatoru Tural Mikayılov təlim iştirakçılarını layihənin məqsədləri – gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumatlandırıb.
“Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə çıxışında mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb. Ardından təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanovun rəhbərliyi altında təlim start götürüb. Təlim iştirakçılarına veb 2.0 texnologiyaları, sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrin xüsusiyyətləri, vikipediyada redaktə bacarıqları, məqalələrin yerləşdirilməsi xüsuslarında ətraflı məlumat verilib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Qeyd edək ki, layihə çərçivəsindəki təlimlərdə Sumqayıt şəhərindən 245 nəfər gəncin iştirakı nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər