Suraxanı gəncləri SUMQAYITDA - “Sumqayıtı tanıyaq” tur aksiyası keçirilib

534

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları, Sumqayıt şəhər İcra Hakimiyyəti və YAP Sumqayıt şəhər təşkilatının dəstəyi ilə “Sumqayıtı tanıyaq” növbəti  tur-aksiya həyata keçirilib.

“Sumqayıtı tanıyaq” devizi ilə keçirilən növbəti  tur-aksiyada YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov , komisiyya sədrləri və bir qrup fəal partiya üzvləri yaxından iştirak edib.  YAP Suraxanı rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəallarına “Regionların sosial-iqtisadi inkişafı”proqramı haqda və şəhərdə görülən işlər barədə ətraflı məlumat verilmişdir. Tur-aksiya yenidən qurulmuş şəhərin giriş  hissəsi, əsaslı təmir edilmiş Sumqayıt Dram teatrı, yenidən abadlaşdırılmış Heydər Əliyev Parkı, yeni inşa olunmuş bayraq muzeyi, bulvar, uşaq yaradıcılıq məktəbi, şahmat məktəbi, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyasının yeni inzibatı binasında oldular.

YAP Sumqayıt təşkilatının yeni inzibatı binasında YAP Suraxanı rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları ilə dəyirmi masa ətrafında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına dair gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov geniş məruzə ilə çıxış edərək “Sumqayıtı tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın gələcəkdədə davam etdiriləcəyini diqqətə çatdırdı.

Sonra  YAP Sumqayıt şəhər təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov, aparat rəhbəri Aqşin Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ceyhun Məmmədov və YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Aydın Əhmədov çıxış etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər