Sürücülərə intim təklif edən qadın saxlanılıb

824

41 yaşlı qadın Bakı-Sumqayıt avtomagistralında avtomobil sürücülərinin ciblərini soyurmuş

Bakı-Sumqayıt avtomagistralında avtomobil sürücülərinə intim münasibət təklif etdikdən sonra onların cibini soyan şəxs saxlanılıb. Bu, 41 yaşlı Sevda Quliyevadır.

S.Quliyevanı paytaxt sakini Mehdi Əsədovun Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə naməlum qadının avtomobilinə minib 800 manat pulunu oğurlaması ilə bağlı şikayətindən sonra saxlamaq mümkün olub. Bölməyə bu barədə artıq bir neçə dəfə oxşar şikayətlər daxil olduğundan, dərhal əməliyyat qrupu yaradılıb və özünəməxsus şəkildə kişilərin ciblərini soyan Sevda Quliyeva saxlanılıb.

S. Quliyeva əvvəlcə onlara intim xidmət təklif edirmiş, bundan sonra isə avtomobil sürücüsü pulunun yoxa çıxdığını görürmüş.

29-cu Polis Bölməsindən ANS-ə bildirdilər ki, artıq faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər