Menu
Geri İrəli

30 min müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

12001767_962785817118444_2129768989_o

Təhsil Nazirliyi Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqısında baş verən artımla bağlı açıqlama verib.

Nazirlik tərəfindən Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30000 nəfər müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə orta hesabla əməkhaqqı 35 faiz artıb, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.

Nazirlik həmçinin qeyd edib ki, bu ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda – Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. 2016-cı ilin yanvarından isə həmin müəllimlərin əməkhaqlarının artırılması planlaşdırılır. Bununla da 1 il ərzində ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın