Menu
Geri İrəli

470 nəfər təhsil haqqından azad edilib

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 26 May 2014 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

загруженное

Təhsil Nazirliyindən hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı açıqlama veriblər. Nazirlikdən  verilən məlumata görə, 2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir:“Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.Qeyd edək ki, bu yaxınlarda qəbul olunmuş qərara görə, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın