Menu
Geri İrəli

Gəlir gətirməyən diplomlarımız

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2015 • Baxış sayı: 263 dəfə • Şərh yoxdur

Gəlir gətirməyən diplomlarımız

Ölkədə işlə təmin olunanların sayında azalma var.

Bu il Azərbaycanda işsizliyin səviyyəsində heç bir dəyişiklik baş verməyib.

Sonxeber.az anspress-ə istinadla bildirir ki, 2015-ci ilədək ölkədə işsizlik səviyyəsinin 3-4% həddinədək enməsi qarşıya məqsəd kimi qoyulsa da, bu il yenə də 5% səviyyəsində qalıb.

Baxmayaraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında mütəmadi olaraq əmək yarmarkaları təşkil olunur. Amma yenə də Azərbaycanda işsizlikdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Rəsmi məlumata əsasən bu ilin 8 ayı ərzində cəmi 18 678 nəfər işlə təmin olunub. Ötən illərdə iş tapanların sayı daha çox olub.

Gəlir gətirməyən diplomlarımız

İki il ərzində işsizlərin müraciəti və işlə təmin olunma səviyyəsi

İş tapmayanların əksəriyyəti isə ali təhsil müəssisələrini bu il bitirən gənclər və yaşı 50-dən yuxarı olanlardır. Gənclərin iş tapmamsının əsas səbəbi kimi onların iş təcrübəsinin olmaması göstərilisə, digər qrup şəxslərin isə yaşlarının çox olmasına görə iş tapmadığı deyilir.

Əksər işə götürənlərin, xüsusən də, özəl sektorların nümayəndələrinin işçidən əsas tələbi müvafiq kateqoriya üzrə iş təcrübəsinin olmasıdır. Amma tələblər bununla bitmir. Ali təhsilin olması ilə yanaşı işəgötürən işçidən bir neçə xarici dil və kompyuter biliklərinin olmasını da tələb edir.

Millət vəkili Hadı Rəcəbli isə Azərbaycanda işsizliyin səviyyəsinin xarici ölkələrlə müqayisədə çox aşağı olduğunu vurğuladı: “Avropada işsizlik 30%-dir, bizdə isə 5%. Bu işsizliyi yaradanlar isə insanlar özləridir. Bizdə hamı prestijli iş axtarır. Çoxu fəhlə işləməyə razı olmur”, – deyə millət vəkili vurğuladı.

Yaş məsələsinə gəldikdə isə, Hadı Rəcəbli bununla razı olmadığını vurğuladı: “Xeyr, bizdə yaşından asılı olmayaraq, savadlı, təcrübəli hər kəs işlə təmin olunur, istər onun 20 yaşı olsun, istər, 50.”

Gəlir gətirməyən diplomlarımız

Hadı Rəcəbli – millət vəkili

Azərbaycanda gənclərin iş tapmamsının digər bir səbəbi kimi bir çox müəssisələrdə əcnəbilərin işə götürülməsi ilə izah edilir. Buna görə də bir neçə gün öncə dövlət başçısının yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidməti birgə öz təkliflərini hazırlayıb. Əsas məqsəd ixtisassız əcnəbi miqrantların ölkəmizə axınının qarşısının almaq və ilk növbədə yerli işçi qüvvəsindən səmərəli istifadə etməkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın