Menu
Geri İrəli

700 bal toplamış abituriyentlər ixtisaslarını seçdilər – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2014 • Baxış sayı: 748 dəfə • Şərh yoxdur

700_bal_t_IMG_8469Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəmiş abituriyentlərin ixtisas seçimi sabah bitir.
35815 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək, öz elektron ərizəsini  təsdiqləyib.
Builki imtahanlarda maksimum nəticə göstərmiş (700 bal) abituriyentlər Modern.az-a artıq ixtisas seçimi etdiklərini bildiriblər:

Bakıdakı “Dədə Qorqud” Liseyinin məzunu Məmməd Hacılı (I qrup): “Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsini seçmişəm”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev (II qrup): “Azərbaycan Diplomatik Akademiyasının (ADA) biznesin idarəedilməsi ixtisasını seçmişəm”.

Bakıdakı 289 nömrəli orta məktəb – “Zəngi” Liseyinin məzunu Könül Qurbanlı (I qrup): “ADA Universitetinnin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçmişəm”

Bakıdakı “Zəkalar” Liseyinin məzunu Qoşqar Qədimbəyli (II qrup): ““ADA Universitetinnin beynəlxalq iqtisadi münasibətlər ixtisasını seçmişəm”.

Bakıdadakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov (I qrup): “Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyini seçmişəm”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra Nəbizadə (I qrup): “Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsini seçmişəm”.

Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə (IV qrup): “Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçmişəm”.

Bakıdakı 287 nömrəli “Zəkalar” Liseyinin məzunu Nurlan Quluzadə (I qrup): “ADA Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçmişəm”.

Ağsu şəhər 1 nömrəli tam orta məktəbin məzunu Nicat Qasımov (IV qrup): “Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçmişəm”.

Misranə Həsənzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın