Menu
Geri İrəli

700 bal toplamış sumqayıtlı tələbə qış semestrində əlaçı ola bildimi?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2014 • Baxış sayı: 899 dəfə • Şərh yoxdur

700 balArtıq ali məktəblərdə qış semestr imtahanları başa çatdı. Modern.az saytı 2013-2014-cü tədris ili üzrə qəbul imtahanlarında 700 bal toplamış tələbələr arasında sorğu keçirərək, onların qış semestrində  hansı nəticələr əldə etdiyini öyrənib.

III ixtisas qrupu üzrə 700 bal toplamış Məhəmməd İsmayılov Bakıdakı 258 saylı məktəbin məzunudur və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. O, oxuduğu ali məktəbdən razılığını bildirərək, müəllimlərin də onlara çox kömək etdiyini söylədi: “Mən imtahanları uğurla başa vurdum. Burda müəllimlərimizin də çox böyük əməyi var. Bu semestri əla qiymətlərlə baş vurdum və prezident təqaüdümü almağa davam edəcəyəm”.

III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 toplamış Nərmin Məmmədli də semestr imtahanını uğurla başa vurduğunu bildirdi: “Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil çox yüksək səviyyədə tədris olunur. Ona görə də imtahanlarda yaxşı nəticələr göstərdim və semestri əla qiymətlərlə başa vurdum”.

IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 700 bal toplamış 98 saylı orta məktəbin məzunu Osman Müslümov Tibb Universitetində təhsil alır. O, imtahanda özündən razı qalmadığını bildirdi: “Çox çalışdım ki, əlaçı olum. Amma bu semestrdə qiymətlərim “dörd” oldu”.

III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının 700 bal toplamış Flora Qafarova isə Qafqaz Universitetinin tələbəsidir. O da imtahanda maksimum 100 baldan 85-ni topladığını söylədi: “Ortalama 85 bal topladım. Bizdə imtahanlar digər universitetlərlə müqayisədə fərqlidir”.

III ixtisas qrupu üzrə 700 bal toplamış Nərmin Murğuzova Tovuz rayonu, Bozalqanlı kəndindəki Y.Sadıqov adına orta məktəbi bitirib və təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirir. “ Mən bu imtahanda yaxşı nəticələr əldə etdim. Çox çalışdım və sonda da istəyimə nail oldum”.

IV ixtisas qrupu üzrə 700 bal toplamış Aytən Paşazadə Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. Amma Mingəçevir şəhəri 7 saylı orta məktəbin məzunu ilə əlaqə saxlaya bilmədik.

Pərvin Arzuqızı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın