Menu
Geri İrəli

700 bal toplayan: “Atama dedim bacımı oxutdur, söz verirəm ki…”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 6,901 dəfə • 1 şərh
Share Button

elvin isayevElvin İsayev əslən Şəki rayonunun Baş Göynük kəndindəndir. Bu il III qrup qəbul imtahanından 700 bal yığan iki nəfərdən biridir. Elvin Nizami rayonundakı 220 saylı məktəbin məzunudur.

 Müsahibimiz deyir ki, yüksək nəticə ona elə də asan başa gəlməyib. Bu illər ərzində çox əziyyət çəkib. Ən yaxın dostu isə kitablar olub: “Əsas zəhmət ibtidai sinif müəllimimin olub. O, mənə oxumaq vərdişini aşılayıb. Kitab arxasında oturmağı, səbri mənə öyrədib. Əsas oxumaq vərdişi olmalıdır ki, kitabın arxasında otursun, saatlarla məşğul ola bilsin. Yoxsa əgər adamın hövsələsi çatmırsa, təbii ki, kitab oxuya bilməyəcək. Bütün müəllimlərimə təşəkkür edirəm ki, məni oxumağa öyrətdilər”.

 Elvin deyir ki, imtahana psixoloji baxımdan tam hazır olub: “İmtahan gününə psixoloji özümü çox güclü hazırlamışdım. Artıq imtahana 2 gün qalmış dərslə məşğul olmadım. İmtahan gedəndə həyəcanım çox az idi. İmtahana girdim, testlər paylanılanda bircə o yadımdadır ki, başımı aşağı salmışam. Axıra kimi oturmuşdum”.

 Müsahibimiz deyir ki, cəmi bir sualda tərəddüd edib və həmin sualı ilk olaraq yanlış yazıb. Həmin cavabı yazdıqdan sonra imtahanı tərk etmək istəyib. Daha sonra isə yenidən düşünüb və cavabı dəyişib. “Sınaqlarda olurdu müəyyən tərəddüd etdiyim, bilmədiyim suallar. Amma qəbul imtahanında bütün suallara dəqiqliklə tam baxırdım, üstündə iki dəfə fikirləşirdim. Bircə sualda tərəddüd eləmişdim, o da şükür düz çıxdı. Tarix fənnindən açıq sual idi, arada qalmışdım 2, 3, 4 yazım yoxsa 2, 4 yazım. Memarlıq abidəsi ilə bağlı idi. Əvvəlcə 2, 3, 4 qeyd etmişdim,  tez onu köçürüb getmək istəyirdim. Çıxmaq istəyirdim imtahandan, elə oldu ki, dedim qoy bir az fikirləşim. Düz qərara gələ bildim”.

 Elvin deyir ki,  biliyinə əmin idi, ancaq imtahan zamanı texniki səhv etməkdən qorxub. 700 balı topladığını bildikdə isə… “Əvvəl telefonla öyrənmək istədim. Mesaj göndərdim, oradan cavab gec gəldi. İnterneti açdıq və orada 700 görəndə sevincimdən tullanırdım. Necə sevindimsə, bilmirəm. Valideynlərim də çox sevindilər. Hər bir halda 700 çətindir də – bir sualı diqqətsizlikdən səhv yazsan, artıq 700 bal yığa bilmirsən. Biliyimə inanırdım ki, 700 yığa bilərəm. Sadəcə, o mexaniki səhvlərdən qorxurdum ki, səhv edərəm. Şükür, o da olmadı və 700 balı topladım”.

 Maraqlıdır ki, 3 il öncə Elvinin bacısı ödənişli əsaslarla Tibb Universitetinə qəbul olub. Ailəsi onu oxutmağa tərəddüd etsə də, Elvin bütün məsuliyyəti öz üzərinə götürüb: “Bacım ödənişli əsaslarla Tibbi Universitetinə daxil oldu. Bir az orda fikirləşirdik ki, ödənişi necə ödəyərik. Mən atamdan xahiş elədim ki, bacım ödənişli oxusun, amma mən özüm ödənişsiz oxuyacağam. Özümə güvənirdim ki, mən bacararam. Şükür, bu gün balı toplamışam, ödənişsiz əsaslarla oxuya bilərəm. Sözümü tuta bildim”.

 Elvin deyir ki, ali məktəbə hazırlıq müddətində sosial şəbəkələrdən və telefondan uzaq durmaq vacibdir: “9-cu sinfə qədər dərslərimlə məşğul olurdum. Artıq 9, 10 və 11-ci sinifdə universitetə ciddi hazırlaşmağa başladım. Başqa qayğılarım yox idi. Valideynlərim sağ olsunlar, o şəraiti mənə yaratmışdılar. Sosial şəbəkə istifadəçisi deyildim. Ancaq kitablarım və hazırlıqlarla məşğul idim. Abituriyentlərə məsləhətim budur ki, daha çox dərsləri ilə məşğul olsunlar, nəinki sosial şəbəkə və s. Gündəlik dərslərini yaxşı öyrənsinlər, sonra oxuyaram deyib bir kənara atmasınlar. Həmin dərsi həmin gün öyrənmək lazımdır. Onun effekti yaxşı olur”.

 Müsahibimiz hələ ixtisas seçməyib. Amma deyir ki, ali təhsilini Azərbaycanda alacaq.

Facebook Şərhləndirmə:
Share Button

“700 bal toplayan: “Atama dedim bacımı oxutdur, söz verirəm ki…”” yazısına bir cavab

  1. SƏHLA deyir:

    HALAL OLSUN DAHA BÖYUK MUVƏFFƏGİYYƏTLƏR….

Şərhinizi yazın