Menu
Geri İrəli

700 bal toplayan sumqayıtlı abituriyent hansı ixtisası seçib?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2017 • Baxış sayı: 816 dəfə • Şərh yoxdur

eldar22017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qaldı. İyulun 29-dan başlayaraq   abituriyentlər üçün daha önəmli bir prosesə start verilib. Bu da ali məktəblərə ixtisas seçimidir. İxtisas seçimi avqustun 10-na qədər davam edəcək. Bu, hətta qəbul imtahanlarından da çətin prosesdir.

Bəs 700 bal toplayan sumqayıtlı abituriyent hansı universitet və ixtisas arasında seçim edib?

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Tibb Universitetinin  Müalicə işi fakültəsini seçib.

sumqayitxeber.com xəbər verir ki, Eldar Əfəndiyev 2000-ci il mayın 14-də Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın IX  sinfində təhsil alır. Eldar VII sinifdə oxuyarkən riyaziyyat fənni üzrə şəhər ikincisi, VIII sinifdə isə biologiya fənni üzrə şəhər birincisi olub. İlk böyük  uğuruna  isə bu il imza atıb.  Belə ki, respublika  fənn olimpiadalarında biologiyadan həm  I yerə, həm də olimpiadanın  xüsusi nominasiyası olan  “Birincilərin birincisi”nə layiq görülüb.  Yeniyetmə əldə  etdiyi  nailiyyət  barədə belə deyir:

” İlk növbədə, valideynlərimə,  yaxınlarıma, təhsil aldığım gimnaziyanın müəllim kollektivinə  bu sevinci yaşatdığım üçün sevinir və qürur hissi keçirirəm. Təbii ki, əldə etdiyim nailiyyət, eyni zamanda doğma təhsil ocağımın uğurudur.  Bu bilik yarışına məni hazırlayan biologiya müəllimi Sevil  Ağayevaya, sinif rəhbərimiz biologiya müəllimi Aygün Əhmədovaya minnətdarlığımı  bildirirəm. Hər bir şagirdə mənim qazandığım uğuru arzu edirəm. Belə olimpiadalar biz yeniyetmələrə  öz istedadımızı  və  yüksək biliyimizi  nümayiş etdirməyə gözəl şans yaradır. ”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın