Menu
Geri İrəli

Abituriyentlər üçün keçid balları açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2014 • Baxış sayı: 355 dəfə • Şərh yoxdur

tqdk_045

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2005-2013-cü illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilmiş müsabiqələr nəticəsində ixtisaslar üzrə formalaşmış keçid ballarını açıqlayıb.

Trend komissiyanın saytına istinadən bildirir ki, keçid balları komissiyanın internet saytında yerləşdirilib.

Keçid balları abituriyentlərə ixtisas seçimi zamanı düzgün istiqamət götürməyə, həmçinin ali təhsil müəssisələrində tələbə köçürmələri zamanı bu funksiyanı həyata keçirən qurumlara iddia olunan ixtisasların müvafiq ildə keçid balları ilə tanış olmağa kömək edə bilər.

Hər tədris ili üzrə keçid balları http://tqdk.gov.az/exam/bachelor/minimal-bal/ ünvanında təqdim olunub.

Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas kodunu öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın