Menu
Geri İrəli

Adı kredit rüsvayçlığında hallanan məktəb direktoru işdən çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2014 • Baxış sayı: 662 dəfə • Şərh yoxdur

62726_res_01Müəllimlərin adına saxta arayış verməkdə ittiham olunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığının Suraxanı-Xətai rayonları üzrə xidmət bölməsinin rəhbəri Əliş Hüseynov vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.

T.Rza bildirdi ki, Əliş Hüseynovun işdən çıxarılması 171 saylı məktəbin direktoru İradə Murğuzovaya qarşı irəli sürülən ittihamlarla bağlılığı ehtimal edilir: “171 saylı məktəbin direktoru İradə Murğuzova müəllimlərdən öz adlarına kredit götürərək ona verməsini istəmişdi. İradə Murğuzova əvvəlcə hər ay kreditləri ödəyəcəyini desə də sonradan pulu müəllimlərə ödətdirib. Kreditlərin alınması üçün banklara təqdim edilən arayışlar isə Əliş Hüseynov tərəfindən verilib.

Arayışda müəllimlərin maaşları şişirdilib. Məsələn, 200 manat alan müəllimin məvacibi 292 manat 25 qəpik göstərilib. Müəllimlərin eyni zamanda bir neçə bankdan kredit ala bilməsinə şərait yaradılıb. Belə ki, 171 saylı məktəbin müəllimlərini 171 saylı bağçanın əməkdaşı kimi təqdim ediblər”.

Hüquq müdafiəçisi Xətai Rayon Məhkəməsində məktəbin müəllimi Mədinə Tağıyevanın direktor İradə Murğuzovaya qarşı iddiasına baxıldığını dedi: “Məhkəməyə təqdim edilən iddia ərizəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi araşdırmalara başladı. İradə Murğuzova isə ötən tədris ilində müəllimələrə verdiyi töhmətləri tələm-tələsik ləğv etdi. Əliş Hüseynovun işdən çıxarılmasının səbəbləri açıqlanmasa da bunun kredit qalmaqalı ilə əlaqəli olduğunu ehtimal edirik”.

Qeyd edək ki, Əliş Hüseynov mətbuata açıqlamasında onun barəsində saxta arayış verməsi ilə bağlı yayılan məlumatları təkzib etmişdi.

İradə Murğuzova

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığının Suraxanı-Xətai rayonları üzrə xidmət bölməsindən virtualaz.org saytına Əliş Hüseynovun işdən çıxarıldığını təsdiqlədilər. Lakin Ə.Hüseynovun hansı səbəbdən işdən uzaqlaşdırılması ilə bağlı suallara aqressiv cavablar verdilər: “Əliş müəllimi Xatun müəllimə əvəz edir. Onun işdən çıxması sizi niyə narahat edir ki? Biz mətbuata açıqlaqma verməyə borclu deyilik”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə virtualaz.org saytının suallarına “araşdırma tamamlanandan sonra açıqlama veriləcək” cavabı verildi.

Jalə

Virtualaz.org 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın