Menu
Geri İrəli

Ali məktəblərə ixtisas seçimi BU GÜN başa çatır ” TQDK-dan xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2016 • Baxış sayı: 592 dəfə • Şərh yoxdur
Share Button

tqdkAli təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

TQDK-dan Azadinform-a verilən məlumata görə, 10 avqust saat 11:30-a olan məlumata görə 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın