Menu
Geri İrəli

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ YERLƏŞDİRMƏNİN NƏTİCƏLƏRİ AÇIQLANDI

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2015 • Baxış sayı: 442 dəfə • Şərh yoxdur

11863365_1053099764714764_1522825131065724612_n

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 12-də elan edib.
Abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaqdır. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
n Ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
n Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır.
Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın