Menu
Geri İrəli

Azərbaycanda 50 məktəbdə hərbi kabinetlər yaradılıb – Foto

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2015 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur

Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün pilot layihə çərçivəsində 50 ümumtəhsil məktəbində müasir standartlara cavab verən hərbi kabinetlər yaradıb.

Təhsil Nazirliyindən AzadXeber.az-a verilən xəbərə görə, hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb.

Eyni zamanda, kabinetlər təlim üçün nəzərdə tutulan müasir avtomatlar, tapançalar, qumbaralar və minalar ilə təchiz olunub.

Təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu silahlar həm kütləsi, həm də atəş zamanı təpməsi baxımından həqiqi silahla eyni olması ilə yanaşı, tam təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi mexanizm və proqram təminatına malikdir.

Qeyd edək ki, paytaxtla yanaşı, ölkənin digər bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi kabinetlərlə təchiz olunması planlaşdırılır. Şəmkir və Kürdəmirdə tikilmiş yeni məktəblərdə belə kabinetlər artıq quraşdırılıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın