Menu
Geri İrəli

Azərbaycanda bağlanan türk liseylərinin şagidlərinə yeni xəbər var

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2014 • Baxış sayı: 788 dəfə • Şərh yoxdur

lisey1 iyul 2014-cü il tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsində (Xan Şuşinski küçəsi, 17) Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (bağlanmış türk liseylərin) təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq.

Bu barədə modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qəbul zamanı seçim məqsədi ilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, iyunun 18-də Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.  Bu liseylərdə minlərlə şagird təhsil alırdı. Onlardan hətta növbəti tədris ili üçün təhsilhaqqının müyyən məbləği də yığılmışdı.

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin 11 ümumtəhsil müəssisəsi bağlanıb. Bunlar aşağıdakılardır:

Ağdaş Liseyi

Bakı Liseyi

“Dədə Qorqud” Liseyi

“Qafqaz” Gimnaziyası

Gəncə Liseyi

Quba Liseyi

Lənkəran Liseyi

Mingəçevir Liseyi

Sumqayıt Liseyi

Şəki Liseyi

Şirvan Liseyi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın