Menu
Geri İrəli

Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2014 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur
Share Button

mikayil_cabbarov_270613Mikayıl Cabbarov: “Növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyiləm”

 Təhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq. Nazir qeyd edib ki, növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyil: “Hazırda nazirlikdə növbəti dərs ilinin tədris planı və təqvimi bağlı bir neçə variant hazırlanıb. Tədris ilinin uzadılması barədə qərar və bunun səbəbləri bir neçə dəfə diqqətə çatdırılıb”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın