Menu
Geri İrəli

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2015 • Baxış sayı: 591 dəfə • Şərh yoxdur

1303241391_imtahanİmtahanda 29379 nəfər 9-cu, 24774 nəfər 11-ci sinif şagirdi iştirk edir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün eyni zamanda Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verir.

IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15: 00 -da başlanır.

IX və XI sinif buraxılış imtahanlarının hər biri üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 65 imtahan mərkəzi ayrılıb.

Qeyd edək ki, 29379 nəfər 9-cu sinif üzrə, 24774 nəfər 11-ci sinif üzrə buraxılış imtahanında iştirak edir. İmtahanların idarə olunmasına ümumilikdə 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim ayrılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın