Menu
Geri İrəli

Azərbaycanda qiyabi təhsil məhdudlaşdırılır

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 361 dəfə • Şərh yoxdur

Tehsil-Nazirlik-bi

2014/2015-ci tədris ilindən Azərbaycanda bakalavriat səviyyəsi üzə qiyabi təhsil formasına plan yerlərinin sayı azaldılıb. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri baş məsləhətçi Natiq İbrahimov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bununla da qiyabi təhsil forması məhdudlaşdırılır. Bu ildən isə ali təhsilin magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq.

N. İbrahimov deyib ki, Azərbaycanda növbəti tədris ili üçün müəllim ixtisaslarına da qəbul azalıb: “Ali təhsil müəssisələrinə müəllim ixtisası üzrə qəbul planı artırılsa da, ümumilikdə götürdükdə respublikada müəllim ixtisasları üzrə qəbul planı azalıb. Bu da əsasən kolleclərdəki müəllim hazırlığı ilə bağlıdır. Orta ixtisas məktəblərində 2 ixtisas üzrə müəllim hazırlığı dayandırılıb. Bunlar ibtidai sinif və informatika müəllimliyidir. Ali təhsil müəssisələrində isə müəllim ixtisası üzrə qəbulda artım var. Bu sahə üzrə dövlət sifarişli yerlərin sayı 800-dək artırılıb”.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın